Azərbaycan Ağırlıqqaldırma Federasiyası bölgələrdəki idman məktəblərini avadanlıqla təmin edir
26 mart 2026 - 15:50 353
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) sözügedən idman növünün bölgələrdə inkişafına dəstəyini davam etdirir.
Qurumdan verilən məlumata görə, federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında dəst avadanlıqla təmin olunur.
Belə ki, AAF tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil şöbəsinin Uşaq Gənclər İdman Məktəbinə beynəlxalq standartlara uyğun ştanq dəsti təhvil verilib. Avadanlıq Şərur rayon Təhsil şöbəsinin Uşaq Gənclər İdman Məktəbinin məşqçisi Şəfi Hüseynova təqdim edilib.
Bir neçə gün öncə isə AAF tərəfindən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Qazax rayon Uşaq-Gənclər İdman Məktəbinə tam dəst ştanq avadanlığı göndərilib. Ştanq dəsti Qazax rayon Uşaq-Gənclər İdman Məktəbinin baş məşqçisi Sərxan Qasımlıya təhvil verilib.
Yaxın zamanda AAF-a müraciət edən daha bir neçə məktəb və kluba avadanlıq təminatı ilə bağlı dəstək göstərilməsi planlaşdırılır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı