Azərbaycan ağırlıqqaldırma üzrə Avropa birinciliyində ilk medalını qazanıb
29 oktyabr 2024 1160
Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov (67 kiloqram) Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.
Birdən qaldırmada 120 kiloqram nəticə göstərən atlet bu hərəkətdə 4-cü olub. Təkanla qaldırma hərəkətində daha yaxşı təsir bağışlayan idmançı 153 kiloqram çəkinin öhdəsindən gəlməklə bu növdə bürünc mükafat əldə edib. O, iki hərəkətin cəmində də ən güclü üçlüyə düşməyi bacarıb. Toplamda 273 kiloqram nəticə göstərən Q.İsmayılov Avropa birinciliyində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 atleti - Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kiloqram) Avropa birinciliyində U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı