Azərbaycan Atçılıq Federasiyası dünyanın ən yaxşı ənənəvi idman təşkilatı seçilib
23 aprel 2025 853
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Dünya Etnoidman Birliyi (World Ethnosport Confederation) tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb.
ARAF-dan verilən məlumata görə, mükafat federasiyanın milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunub.
Həmçinin forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılıb, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı