Xəbərlər

Azərbaycan atıcıları beynəlxalq turnirlərdə uğurla çıxış ediblər

26 fevral 2024 107

Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında və Qətərin paytaxtı Dohada təşkil olunan Əmir Qran-Prisində uğurlu nəticə əldə ediblər.

 

Leyli Əliyeva və Vladislav Kalmıkov qitə birinciliyində 10 metr məsafəyə güllə atmada 3-cü yeri tutublar.

 

Aylin Quliyeva isə Qran-Pri turnirində səngər stendi üzrə yarışda gümüş medala sahib çıxıb.