Azərbaycan Atıcılıq Federasiyası stend və güllə atıcılığı üzrə 2024 Dünya Kubokunun rəsmi posterini təqdim edir
16 aprel 2024 1990
Mayın 1-dən 12-dək ölkəmiz 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Atıcılıq idman növünün həm güllə, həm də stend atıcılığı üzrə keçiriləcək 2024 Dünya Kubokunun yarışları və finalları Bakı Atıcılıq Mərkəzində təşkil ediləcək.
Yarışlarda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirak etməsi gözlənilir.
Azərbaycan Atıcılıq Federasiyası bütün idmansevərləri, atıcılıq idmanı həvəskarlarını 1-12 may tarixlərində stend və güllə atıcılığı üzrə 2024 Dünya Kuboku həyəcanını birgə yaşamağa dəvət edir.
Biletləri yaxın günlərdə www.ticket.az saytından əldə edə bilərsiniz.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı