Xəbərlər

Azərbaycan atleti Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

17 iyun 2023 226

Azərbaycan atleti Anna Skidan Estoniyanın Yıhvi şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında ikinci yeri tutub.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, 31 yaşlı idmançı beynəlxalq yarışda çəkicatma növündə gümüş medal qazanıb. O, 68,67 metr göstərici ilə buna nail olub.

Anna Skidan yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalıb.