Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyada qızıl medal qazanıb
15 fevral 2025 646
Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
Atletika Federasiyasının mətbuat xidmətinə istinadən, idmançı üçtəkanla tullanmada 16.30 metr göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
Sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.
Qeyd edək ki, Azərbaycan yarışda 6 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı