Azərbaycan atleti Türkiyədə gümüş medal qazanıb
03 sentyabr 2023 1285
Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan Çempionatı keçirilir.
Bu gün mübarizəyə qoşulan idmançılarımızdan İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb.
O, 400 metr məsafəyə qaçışda 56.54 saniyəlik nəticə göstərib. Bu göstərici ilə Quliyeva yarışın gümüş medalını qazanıb.
Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13.85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib və 7-ci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı