Azərbaycan Atletika Federasiyasının iki üzvü beynəlxalq dərəcəli hakim statusu alıb
12 iyun 2024 969
Azərbaycan Atletika Federasiyasının iki nümayəndəsi beynəlxalq dərəcəli hakim statusunu almaq üçün imtahan verib.
Milli komandamızın keçmiş üzvü, Olimpiya Oyunlarının iştirakçısı Arif Axundov, həmçinin federasiyanın Beynəlxalq Əlaqələr və İnkişaf Departamentinin müdiri Kənan Məhərrəmov imtahanı uğurla keçdikləri üçün Dünya Atletikası tərəfindən bürünc səviyyəli hakim sertifikatı ilə təltif ediliblər.
Bununla da hakimlərimiz həm dünya, həm də qitə səviyyəli nüfuzlu yarışlarda çalışmaq hüququna yiyələniblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı