Azərbaycan avarçəkəni Avropa çempionu olub
22 iyun 2024 901
Azərbaycan avarçəkəni Diana Dımçenko Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və “beach sprint” üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Milli komandanın lideri bir nəfərlik qayıqda təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak hüququ əldə edib.
Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan Dukarska Monikanı və finlandiyalı Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İki nəfərlik qayıqda Murad Sadıqov-Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb və yekunda 6-cı yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı