Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
06 noyabr 2023 929
Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində keçirilən ənənəvi “Silver Skiff” beynəlxalq reqatasında mübarizə aparıb.
Sayca 32-ci dəfə təşkil edilən yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib.
Bir mərhələdən ibarət reqatada avarçəkənlər 11 kilometr məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığında çıxış edən Diana məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub.
Qeyd edək ki, 1992-ci ildən təşkil olunan “Silver Skiff” reqatası akademik avarçəkmə idman növünün ən nüfuzlu yarışlarından hesab edilir. Diana Dımçenko ötənilki yarışda da gümüş medal qazanmışdı.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı