Azərbaycan badminton millisi Bakıdakı Avropa çempionatında ikinci oyununu keçirib
13 fevral 2025 570
Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatının qrup mərhələsində ikinci oyununa çıxıb.
Birinci qrupda yer alan yığma Bakı İdman Sarayında İspaniya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarışıq qoşa kateqoriyasında Diki Pangestu - Keişa Fatimə Zəhra tandemi Ruben Qarsiya - Lusia Rodriges qoşasına rəqib olub. Hər iki set İspaniya təmsilçilərinin üstünlüyü ilə başa çatıb - 18-21, 18-21.
Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo təcrübəli Pablo Abian ilə dueldən qalib ayrılıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən 3 setin yekununda Edi 2:1 (21-18, 8-21,21-13) hesablı qələbə qazanıb.
Qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Klara Azurmendi ilə üz-üzə gəlib. İspaniya badmintonçusu hər iki seti öndə başa vurub - 21-17, 21-14.
Kişilərin qoşa kateqoriyasında Edi Reski Dviçayo - Diki Pangestu cütü İspaniya təmsilçiləri Ruben Qarsiya və Rodriqo Sanjurjo üzərində inamlı qələbə qazanıb – 21-9, 21-14.
Qadınların qoşa kateqoriyasında Leyla Camalzadə - Həcər Nuriyeva tandemi Nikol Karulla - Lusia Rodriges cütünə 0:2 (8-21, 4-21) hesabı ilə məğlub olub.
İlk turda İngiltərə yığmasına 2:3 hesabı ilə uduzan Azərbaycan millisi qrupda son oyununu fevralın 14-də son Avropa çempionu Danimarka yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında oynanılacaq görüş saat 10:00-da başlayacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı