Azərbaycan badmintonçuları Venesuelada gümüş medal qazanıblar
15 iyun 2025 577
Azərbaycan badmintonçuları Venesuelada keçirilən “Future” seriyalı beynəlxalq turnirdə iki kateqoriya üzrə gümüş medal qazanıblar.
Ülvi Hüseynov kişilərin şəxsi yarışında Venesuela, Braziliya və Meksika təmsilçilərinə qalib gələrək finala yüksəlib. Ülvi qızıl medal uğrunda qarşılaşmada İngiltərə badmintonçusuna uduzaraq turniri gümüş medalla bitirib.
Qarışıq qoşa kateqoriyasında Venesuela və Meksikadan olan rəqiblərinə qalib gələrək finala yüksələn Ülvi Hüseynov - Leyla Camalzadə tandemi isə həlledici görüşdə məğlub olub. Meksikalı rəqiblərinə uduzan badmintonçularımız qarışıq qoşa kateqoriyasında gümüş medal qazanıblar.
Xatırladaq ki, badmintonçularımız daha öncə Venesuelada keçirilən açıq turnirdə 3 kateqoriya üzrə qızıl medal əldə edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı