Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
29 oktyabr 2024 834
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən “YONEX Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
O, qadın badmintonçuların şəxsi yarışında finala kimi irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gəlib.
Badmintonçumuz qızıl medal uğrunda keçirilən oyunda malayziyalı Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı