Azərbaycan badmintonçusu dünya çempionatına qələbə ilə başlayıb
26 avqust 2025 - 18:01 497
Fransanın paytaxtı Paris şəhərində badminton üzrə dünya çempionatına start verilib.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, ölkəmizin ilk dəfə 4 kateqoriyada 6 idmançı ilə təmsil olunduğu mundiala Tokio və Paris olimpiadasının iştirakçısı, milli komandanın lideri Edi Reski Dviçayo qələbə ilə başlayıb.
O, kişi badmintonçuların şəxsi yarışına dünya reytinq sıralamasında 19-cu olan Yaponiya badmintonçusu Koki Vatanabe üzərində qalibiyyətlə start verib – 2:0 (21-19,21-18). Badmintonçumuz 1/16 finalda İndoneziya təmsilçisi Conatan Kristie ilə qarşılaşacaq.
Digər badmintonçu Diki Panqestu isə kişi badmintonçuların şəxsi yarışında Xorvatiya badmintonçusu Aria Dinataya 1:2 (16-21,21-16,14-21) hesabı ilə uduzub.
Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Panqestu tandemi ilk görüşdə Sinqapur idmançıları Junsuke Kubo-Vesley Koh cütünə 0:2 (9-21,13-21) hesabı ilə məğlub olub.
Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra 1/32 finalda braziliyalı Juliana Vieyra ilə qarşılaşacaq.
Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi 1/32 finalda Almaniya badmintonçuları Malik Bourakkadi-Leona Mixalski cütü ilə üz-üzə gələcək.
Dünya çempionatında Azərbaycan nümayəndə heyətini baş katib Ramil Hacıyev təmsil edir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı