Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
22 noyabr 2024 926
Məşhur idman statistika portalı "Sofascore" ilə Azərbaycan Basketbol Federasiyası (ABF) arasında müqavilə imzalanıb.
Bu barədə ABF-nin mətbuat xidmətindən məlumat verilib.
"Sofascore" başda Azərbaycan Basketbol Liqasının (ABL) oyunları olmaqla, ölkə basketboluna aid bütün statistik göstəriciləri təqdim edəcək.
Bildirilib ki, aylıq 28 milyondan artıq istifadəçisi olan "Sofascore" şirkəti ilə imzalanmış sözləşmə Azərbaycan basketbolunun dünyada daha geniş kütlə tərəfindən tanınmasına xidmət göstərəcək.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı