Xəbərlər

Azərbaycan Basketbol Liqasında 2023/24 mövsümünə start verilib 

23 oktyabr 2023 284

22 oktyabr "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/24 mövsümünün açılış oyunu baş tutub. "Sərhədçi" və "Cəlilabad" klubları arasında keçirilmiş oyunu, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və onun müavini general-leytenant Abbas Xəlilov, federasiyanın rəyasət heyətinin üzvləri Vilayət Vəliyev və Bəxtiyar Aslanbəyli də izləyiblər. Oyun region təmsilçisi "Cəlilabad" klubunun 86-76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Conson Rid - 19 xal, 5 asist), "Cəlilabad" (Kobi Tomas - 19 xal, 4 ribaund)
Qeyd edək ki, ilk turun digər oyunları ("Neftçi" - "Xəzri", "Xırdalan" - "Şəki", "NTD-INDIGO" - "Sumqayıt", "Gəncə" - "Sabah") 27-29 oktyabr tarixləri aralığında baş tutacaq.