Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub
06 mart 2025 668
Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub.
Sonuncu matçda "Gəncə" "Quba" ilə üz-üzə gəlib.
Rəqibi 91:83 hesabı ilə məğlub edən "Gəncə" xallarının sayını 28-ə çatdırıb və B qrupunda liderliyini qoruyub. "Quba" 20 xalla 5-cı sıradadır.
Günün ilk matçında "Şəki" "Ordu"nu üstələyib - 89:74.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" "Sərhədçi"ni 89:73, "Sumqayıt" "Lənkəran"ı 88:83, NTD isə “Abşeron”u 98:85 hesabı ilə məğlub edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı