Azərbaycan basketbol millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb
08 iyun 2025 603
Basketbolun 3x3 növü üzrə Azərbaycanın qadın millisi Avropa Kubokunun (2025) final mərhələsinə vəsiqə qazanıb.
Yığma bunu finalda Kipri 21:18 hesabı ilə məğlub etməklə bacarıb.
Avropa Kubokunun (2025) final mərhələsi 5-7 sentyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində baş tutacaq.
21:44
Basketbolun 3x3 növü üzrə Azərbaycanın qadın millisi Avropa Kubokunun (2025) təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.
Yığma komandamız Malta ilə qarşılaşıb və rəqibini 21:11 hesabı ilə məğlub edib.
Yığmamız finalda Kipr komandası ilə üz-üzə gələcək.
Həlledici matç bu gün Bakı vaxtı ilə saat 22:15-da baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı