Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
04 fevral 2025 794
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkəmizdə boks yarışlarının keçirilməsi ənənəyə çevrilib və il ərzində bir sıra beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub.
Hüseynov vurğulayıb ki, yarışda 319 iştirakçıdan 39-nun qız boksçu olması sevindiricidir: “Azərbaycan birinciliyinə ölkə xaricindən də beynəlxalq dərəcəli hakimlər dəvət edilib. Ən güclülərdən formalaşacaq yeniyetmə boksçulardan ibarət millimizdən hər il olduğu kimi, bu il də beynəlxalq arenalarda uğurlu nəticələr gözləyirik”.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Mikayıl Novruzov yarışın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıb.
Dövlət Himni səsləndirildikdən sonra birincilik açıq elan olunub.
Qeyd edək ki, fevralın 9-da başa çatacaq yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu mübarizə aparacaq. Birincilikdə oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcəklər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

