Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
19 may 2025 906
Azərbaycan Boks Federasiyası (ABF) ilə Özbəkistanın Bahadır Calolov adına İxtisaslaşmış Boks Akademiyası arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
ABF-dən verilən məlumata görə, Memorandumu qurumun baş katibi Nağı Səfərov və Akademiyanın direktoru Akbar Urazbayev imzalayıblar.
Əməkdaşlıqda tərəflər arasında təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışlara hazırlıq nəzərdə tutulub.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı