Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirilib
08 iyul 2025 - 17:15 689
Azərbaycan Boks Federasiyasında (ABF) müxtəlif yaş qrupları üzrə yığmalarda yetirmələri olan məşqçilərlə görüş keçirilib.
Bu barədə ABF-nin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda qurumun İdarə Heyətinin üzvü Rövşən Hüseynov, baş katib Nağı Səfərov, kişilərdən ibarət milli komandanın baş məşqçisi Ravşan Xocayev, böyük məşqçisi Nəriman Abdullayev və gənclərdən ibarət komandanın baş məşqçisi Elbrus Rzayev iştirak ediblər.
İlin ilk 6 ayının yekunları, müxtəlif turnirlərdəki nəticələr və medallarla bağlı müzakirələr aparılıb, hesabatlar dinlənilib. Həmçinin qarşıdakı yarışlar barədə danışılıb, perspektivlər haqda fikir mübadiləsi aparılıb.
Yekunda çalışdırıcılara lazımi tövsiyələr verilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı