Azərbaycan boks millisi Bakıda təlim-məşq toplanışını davam etdirir
01 aprel 2025 540
Azərbaycanın kişi boksçulardan ibarət milli komandası növbəti təlim-məşq toplanışına start verib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, hazırlıq prosesi Göygöldə başa çatdıqdan sonra paytaxt Bakıda davam etdirilir.
Bakı Boks Mərkəzində təşkil olunan toplanış baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında keçirilir. Hazırlıq prosesində Azərbaycanın boksçuları ilə yanaşı, Gürcüstan və Qazaxıstan milli komandaları da iştirak edirlər.
Təlim-məşq toplanışının əsas məqsədi idmançıların fiziki və texniki hazırlıq səviyyəsini artırmaq, eləcə də beynəlxalq sparrinqlər vasitəsilə təcrübə mübadiləsi aparmaqdır. Birgə məşqlər aprelin 10-da başa çatacaq.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı