Azərbaycan boksçuları Almatıda 2 qızıl və 3 bürünc medal qazanıblar
31 may 2025 567
Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.
Boks Federasiyasından bildirilib ki, yarışa Ordu İdman Klubunun heyətində qatılan Azərbaycan millisinin üzvləri 5 medal qazanıblar.
Sübhan Məmmədov (48 kiloqram) finalda Nurqisa Turabekovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kiloqram) Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutub.
Tural Sarıyev (51 kiloqram), İlqar Salahov (67 kiloqram) və Sərxan Əliyev (71 kiloqram) isə bürünc mükafata yiyələniblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı