Azərbaycan boksçuları Çində 4 medal qazanıblar
29 avqust 2025 - 17:53 474
Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq turnirinə qatılıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.
Boksçulardan Haqverdi Həsənov (63 kiloqram) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kiloqram) gümüş, Raul Heydərli (57 kiloqram) və Adil Zalov (70 kiloqram) bürünc medal qazanıblar.
Qeyd edək ki, komanda MDB Oyunlarına hazırlığı Çində davam etdirir. Millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı