Azərbaycan boksçuları dünya birinciliyinə hazırlığın son mərhələsini Özbəkistanda keçirəcək
08 oktyabr 2024 1147
Gənc boksçulardan ibarət Azərbaycan millisi Monteneqroda keçiriləcək dünya birinciliyinə hazırlığını davam etdirir.
Yığma toplanışın növbəti hissəsini Özbəkistanda keçəcək.
Komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində ev sahibləri, Ukrayna, Tacikistan və Belarus millisi ilə təşkil olunacaq məşqlərə 13 boksçu ilə yollanıb.
Məşqçilər korpusu hazırlığa Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Ömər Aslanlı (54 kiloqram), Tağı Nəsibov (57 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev (63,5 kiloqram), Ziya Həsənov (71 kiloqram), Abbasqulu Şadlinski (75 kiloqram), Lalə Mədətova (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Qızbəs İsgəndər (60 kiloqram) və Emili Rzayevanı (63 kiloqram) cəlb edib.
Bu gün başlayacaq toplanış oktyabrın 17-də yekunlaşacaq.
Qeyd edək ki, dünya birinciliyi oktyabrın 22-dən noyabrın 3-dək Budva şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı