Xəbərlər

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizəyə başlayır

16 yanvar 2024 160

Bu gün Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku start götürəcək. 

 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.

 

Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kiloqram), Şəhla Allahverdiyeva (66 kiloqram) və Aynur Rzayeva (81 kiloqram) böyüklərin yarışında mübarizə aparacaq. 

 

Banuçiçək Nəsirli (46 kiloqram) yeniyetmələr, Aynur Mikayılova (54 kiloqram) və Emili Rzayeva (63 kiloqram) isə gənclər arasında qüvvəsini sınayacaq.

 

Yarışda Azərbaycanı Məsməxanım Səlimova hakim kimi təmsil edəcək.

 

Qeyd edək ki, Millətlər kubokuna 10 ölkədən 102 boksçu qatılıb.