Azərbaycan boksçuları Qazaxıstanda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər
23 iyun 2025 - 17:35 588
Astanada iyunun 30-dan iyulun 6-dək kişilər və qadınlar arasında boks üzrə Dünya Kuboku keçiriləcək.
Astana şəhər administrasiyasına istinadən, yarışda 30 ölkədən 300-ə yaxın dəri əlcək ustası iştirak edəcək. Bu, “World Boxing” olimpiya təşkilatının Qazaxıstanda keçirilən ilk yarışıdır.
Dünya Kubokunun başlamasına iki həftə qalmış komandalar Astanaya gəlməyə başlayıb. Səbəb birgə təlim-məşq toplanışlarıdır.
Hazırda Astanada Azərbaycan, Serbiya, Fransa, Finlandiya, İsveç, İsveçrə, ABŞ, Kanada və Qazaxıstan milli komandalarının birgə hazırlığı keçirilir.
İl ərzində bir neçə mərhələdə keçirilən Dünya Kuboku reytinq yarışması hesab olunur. Hər çəki dərəcəsində qalibə 300, gümüş medalçıya 200, bürünc medalçıya isə 150 xal verilir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı