Azərbaycan boksçusu Almatıda beynəlxalq turnirin qalibi olub
02 iyun 2025 694
Almatıda Qazaxıstan Müdafiə Nazirliyinin Mərkəzi idman klubunda 28-ci Beynəlxalq boks turniri keçirilib.
Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən, turnirdə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Monqolustan, Özbəkistan və İrandan olan 218 boksçu çempion adı uğrunda mübarizə aparıb, habelə İran və BƏƏ-dən müşahidəçilər iştirak ediblər.
Turnirdə 48 kq çəki dərəcəsində keçirilən döyüşlərin nəticələrinə görə Azərbaycan idmançısı Sübhan Məmmədov qələbə qazanıb.
Qeyd edək ki, turnir müstəqil Qazaxıstanın ilk müdafiə naziri, ordu generalı Saqadat Nurmaqambetovun anadan olmasının 101-ci ildönümünə həsr olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı