Azərbaycan boksçusu beynəlxalq turnirdə medalı təmin edib
01 avqust 2025 - 12:40 534
Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” davam edir.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda artıq yarımfinalçıların adlarına aydınlıq gəlib.
Azərbaycan millisinin boksçusu Sübhan Babayev (60 kiloqram) Simonas Puniskisin (Litva) ardınca 1/4 finalda almaniyalı Nur Zakaryeni də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Babayev bu mərhələdə Mattia Turrinlə (İtaliya) qarşılaşacaq.
Qeyd edək ki, yarışa avqustun 2-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı