Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
30 may 2024 1247
Azərbaycan boksçusu Alfonso Dominges Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.
92 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançı 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib.
Dünya çempionu rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. A. Dominges 1/8 final mərhələsində Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də baş tutacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın qadın boksçusu Məhsəti Həmzəyeva (57 kiloqram) də rinqə çıxacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı