Azərbaycan boksçusu VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib
09 noyabr 2025 - 19:31 565
Azərbaycanın boksçusu Aynur Mikayılova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
57 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz fələstinli Noura Abunaba qalib gələrək adını finala yazdırıb.
Qeyd edək ki, döyüşü İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva izləyib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
