Azərbaycan çempionatında ilk yarış gününün qalibləri müəyyənləşdi
05 dekabr 2025 - 18:45 32
Dekabrın 5-də cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatına start verilib.
Olympic.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən çempionatın ilk günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 107 cüdoçu tatami üzərinə çıxıb. Qadınlarda -63 kq, -70 kq, -78 kq və +78 kq, kişilərdə isə -60 kq, -66 kq və -73 kq kateqoriyalarında mükafatçılar müəyyənləşib.
İlk yarış gününün nəticələrinə əsasən Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Mədinə Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb. Hazırda "Judo Club 2012" klubu 1 qızıl, 3 gümüş medalla ümumi medal sıralamasına başçılıq edir. Balaxanı İdman Mərkəzi 1 qızıl, 1 gümüş medalla ikinci, "Neftçi" İdman Klubu isə 1 qızıl, 5 bürünc medalla isə üçüncüdür.
Qeyd edək ki, ilin son yarışında 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparır.
Bənzər xəbərlər
Olimpiya mükafatçımız yenidən Azərbaycan çempionu oldu
Rio-2016 Yay Olimpiya Oyunlarının çempionu Elmar Qasımov yenidən Azərbaycan çempionu ... Ətraflı
Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlara yekun vuruldu
Bakı İdman Sarayında keçirilən qadınlar və kişilər arasında cüdo üzrə ... Ətraflı