Azərbaycan Cüdo Federasiyası tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10000-i keçdi
07 iyul 2025 - 16:07 523
Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır.
2022-ci ildən etibarən Bakı və regionlarda 120 idman zalına federasiya tərəfindən 10000-dən çox tatami paylanılıb, 2000-dən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.
Qeyd edək ki, 2022-2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və Qaxda cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı