Azərbaycan Cüdo Federasiyası yeni layihəyə start verib
30 may 2024 972
Azərbaycan Cüdo Federasiyası (ACF) adaptiv cüdo layihəsinə start verib.
Bu proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və özünə inamını artırmaq məqsədi daşıyır. Proqram cüdonun əsas dəyərlərini aşılamaqla, adaptiv cüdo təcrübəsi vasitəsilə fiziki fəaliyyəti, zehni rifahı və sosial inklüzivliyi təşviq edir.
Federasiya rəsmiləri ötən il adaptiv cüdonun uğurlu beynəlxalq təcrübəsindən yararlanmaq məqsədi ilə Niderlandın Venray şəhərində keçirilən "EJU Get Together” adaptiv cüdo turnirində iştirak ediblər. Bu ilin may ayında isə məşqçilər Rüfət İsmayılovla Samir İsmayılov Parisdə baş tutan adaptiv cüdo üzrə təlim-məşq toplanışına və məşqçilik seminarına qatılıblar. Hazırda isə Xorvatiyanın Velika-Qoritsa şəhərində keçirilən "Get Together 2024” adaptiv cüdo turnirində bilik və bacarıqlarını təkmilləşdirirlər.
Qeyd edək ki, hazırlıq çərçivəsində ACF artıq daun sindromlu uşaqların valideynləri ilə görüşüb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ilk cüdo dərslərinin tezliklə başlaması planlaşdırılır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı