Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci yeri tutub
04 mart 2024 188
Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yekunlaşıb.
Azərbaycan yığması turniri 4 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub.
Bununla da milli komanda yarışda medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.
Turnirin ilk günündə cüdoçularımız 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
İkinci gündə isə oğlanlar arasında 81 kiloqram çəkidə Mehdi Abbasov və +90 kiloqramda Sübhan Axundov gümüş medal əldə edib. Qızlar arasında isə 57 kiloqramda Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı