Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq
04 sentyabr 2023 700
Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.
Bu məqsədlə gənc cüdoçular Avropa çempionatına yola düşüblər.
Bildirilib ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının Avropa çempionatına hazırlıqları başa çatıb.
Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.
İdmançılar sentyabrın 7-9-da çempionatın fərdi yarışlarında, 10-da isə komanda yarışlarında iştirak edəcəklər.
Yarışda ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət milli yığmamız Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı