Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar
18 fevral 2025 829
Azərbaycan cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 10 medalla başa vurublar.
Cüdo Federasiyasından verilən məlumata görə, turnirin son günündə yığmanın 5 üzvü tatamiyə çıxıb. Onlardan 4-ü fəxri kürsüyə qalxıb.
Belə ki, Səid Şərifov (73 kiloqram), Amin Mehdiyev, Abdullah Rəhmətov (hər ikisi 81 kiloqram) və Sübhan Axundov (+90 kiloqram) bürünc mükafata yiyələniblər. Məhəmməd Ağakişiyev (73 kiloqram) isə 7-ci olub.
Azərbaycan cüdoçuları yarışın ilk günündə 2-si qızıl, 2-si gümüş və 2-si bürünc olmaqla 6 medal qazanmışdılar.
Bununla da milli komanda Avropa Kubokunda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan turnirdə oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı