Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurublar
01 iyun 2025 348
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb.
Yarışın sonuncu günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə yüksəlib.
Könül Əliyeva (48 kiloqram) bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. O, finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva isə bürünc mükafata sahib çıxıb.
Gültac Məmmədəliyeva (52 kiloqram) da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala layiq görülüb. O, finalda Buketnur Karabulutu (Türkiyə) üstələyib.
Yarışın ilk günündə isə Günel Həsənli (70 kiloqram) üçüncü yeri tutmuşdu.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı