Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinə Çexiyada hazırlaşırlar
11 mart 2025 762
Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edirlər.
Cüdo Federasiyasından verilən məlumata görə, hazırlıq prosesinə milli komandaların 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.
Təlim-məşq toplanışı martın 21-23-də Gürcüstanda keçiriləcək Tbilisi “Böyük Dəbilqə” turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi 17 martda başa çatacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı