Xəbərlər

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medalsız qalıblar

01 mart 2024 139

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü medalsız başa vurublar.

Bu gün yarışa qoşulan yığmanın səkkiz üzvü turnirlə erkən vidalaşıb.

Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kiloqram), İslam Rəhimov, Rəşid Yelkiyev (hər ikisi 66 kiloqram), Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, martın 3-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 12 cüdoçu ilə təmsil olunur.