Azərbaycan cüdoçuları Koimbra Avropa Kuboku turnirində 3 medal qazandı
28 may 2023 263
27 may Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü oğlanların yarışında -50 kq., -55 kq. və -60 kq. çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-50 kq. çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib.
-55 kq. çəkidə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.
İdmançılarımızı təbrik edirik!
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı