Azərbaycan cüdoçuları Latviyada keçirilən Avropa çempionatında daha 2 medal qazanıblar
25 may 2025 561
Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatının üçüncü günündə daha 2 medal qazanıblar.
Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən, yeganə qadın təmsilçimiz Zülfiyyə Hüseynova (F-6, 70 kq) bütün rəqiblərinə ipponla qalib gələrək Avropa çempionu olub.
M-1 yaş kateqoriyasında çıxış edən Samir İsmayılov (73 kq) isə üçüncü yeri tutaraq bürünc medal əldə edib.
Daha əvvəl Fərhad Rəcəbli (M-8, 90 kq), Babək Hacıyev (M-4, 60 kq), Vaqif Kərimov (M-4, 73 kq), Emil Hüseynov (M-4, 100 kq) qızıl, Samir İsmayılov (M-3, 81 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, hazırda aktivində 7 medal (5 qızıl, 2 bürünc) olan yığma 37 ölkə arasında kişilərin mübarizəsində 4-cü, ümumi komanda sıralamasında isə 5-ci pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı