Azərbaycan cüdoçuları Poznan Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazandı
14 aprel 2024 859
13-14 apreldə Polşanın Poznan şəhərində gənclər arasında Avropa Kubokunda Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə edib. Azərbaycan yığma komandası medal əyarına görə ümumi hesabda 7-ci yeri, qızlar arasında isə 3-cü yeri tutub.
-48 kq. çəkidə final görüşündə iki Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva və Könül Əliyeva qızıl medal uğrunda güclərini sınayıb. Nəticədə Könül Əliyeva qızıl, Fəridə Mirzəyeva isə gümüş medalları bölüşdürüblər.
-52 kq. çəkidə Xədicə Qədəşova və +78 kq. çəkidə Nigar Süleymanova 5-ci yeri, -57 kq. çəkidə Fidan Qasımova isə 7-ci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



