Azərbaycan cüdoçuları Qran-Pri yarışında 9 medalla birinci yeri tutublar
20 oktyabr 2025 - 10:08 508
Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.
Azərbaycan millisi yarışı 6 qızıl, 3 bürünc medalla başa vurub.
Yığmanın heyətində Balabəy Ağayev (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Vüsal Qələndərzadə (81 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram) və Murad Fətiyev (90 kiloqram) isə bürünc mükafatla kifayətləniblər.
Azərbaycan yığması 9 mükafatla ümumi medal sıralamasında birinci olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı