Azərbaycan cüdoçuları Sarayevo Açıq Avropa turnirində 3 medal əldə etdi
17 sentyabr 2023 1508
Cüdoçularımız 16-17 sentyabrda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 8-ci, kişilər arasında isə 4-cü yeri tutub.
Yarışın ikinci günündə kişilər arasında -100 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli üçüncü yer uğrunda görüşdə xorvatiyalı İvan Rozqa üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Qeyd edək ki, yarışın ilk günündə isə -66 kq. çəki dərəcəsində İslam Rəhimov gümüş medal, -73 kq. çəkidə Nəriman Mirzəyev isə qızıl medal qazanıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə ... Ətraflı