Azərbaycan cüdoçuları Teplis Avropa Kuboku turnirinin ilk günündə 7 medal qazandı
09 aprel 2023 1070
8 apreldə Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.
Turnirin ilk günü 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb. Qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bürünc medal qazanıb. -52 kq. çəkidə yarışan cüdoçumuz Aytən Verdiyeva yarışı 7-ci yerdə başa vurub.
Oğlanlar arasında -55 kq. çəkidə final görüşündə iki cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
.jpeg)
.jpeg)


.jpeg)
.jpeg)