Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
06 oktyabr 2026 - 14:51 209
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada italiyalı Leonardo Valeriyanini məğlub edərək buna nail olub.
Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı