Azərbaycan cüdoçusu Uşanqi Kokauri Qazaxıstanda "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb
10 may 2026 - 18:48 286
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finala qədər məğlubiyyətsiz irəliləyib.
O, Qazaxıstan təmsilçisi Jantilek Nurtilepulunu, Almaniya cüdoçusu Erik Abramovu, yarımfinaldaf ransalı Timan Diabini məğlub edib.
Uşanqi Kokauri həlledici görüşdə Kokauri rusiyalı İnal Tasoyevə uduzaraq ikinci olub.
Qeyd edək ki, U.Kokauri bir həftə əvvəl Düşənbə "Böyük Dəbilqə"sində bürünc mükafat qazanmışdı.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı