Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı
08 noyabr 2025 - 17:29 428
Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olympic.az xəbər verir ki, yarışları Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.
Bu uğura cüdoçumuz Könül Əliyeva nail olub.
-48 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız həlledici görüşdə Türkiyə idmançısı Tuqce Bederə məğlub olaraq gümüş medala layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
